EN

Faciə qurbanlarının qalıqları kiçik qutularda qohumlarına təhvil verildi

2023-cü ildə "Titanik" gəmisinin qalıqları yaxınlığında partlayan "Titan" turistik batiskafının sərnişinlərinin qalıqları okeanın dibindən çıxarılaraq ailələrinə təhvil verilib.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" nəşrinə həmin faciədə həyat yoldaşı Şahzadəni və 19 yaşlı oğlu Süleymanı itirən Kristin Davud məlumat verib.

Davudun sözlərinə görə, doğmaları cəsədləri doqquz ay gözləməli olublar. O, qalıqların vəziyyətini belə təsvir edib:

"Mən 'cəsədlər' dedikdə qalıqları nəzərdə tuturam. Onlar ayaqqabı qutusuna bənzər iki kiçik qutuda gətirildi".

Qalıqlar okean dibindən çıxarıldıqdan sonra ABŞ Sahil Mühafizəsi tərəfindən DNT sınaqları keçirilib. Mütəxəssislər çox az nümunə tapa biliblər, bəzi DNT-lərin isə bir-birinə qarışdığı müəyyən olunub.

Chosen
71
publika.az

1Sources