Böyük Britaniyanın Hərbi Hava Qüvvələri (RAF) Yaxın Şərq regionunda pilotsuz uçuş aparatlarına (PUA) qarşı LMM raketlərini tətbiq edib.
Redaktor.az məlumat verir ki, qurum müvafiq görüntüləri "X"-də dərc edib.
Verilən xəbərə görə, son aylar ərzində Yaxın Şərqdəki antidron qrupları 24 saat ərzində çalışaraq həm Britaniya hərbçilərini, həm də müttəfiq və tərəfdaş qüvvələri davamlı PUA hücumlarından müdafiə edirlər.
O da vurğulanır ki, RAF alayının şəxsi heyətinin üzvləri beş və daha çox hava hədəfini zərərsizləşdirərək "AS" dərəcəsini qazanıblar.