EN

Sabah Yunanıstanda tətil olacaq

Afina, 30 aprel, AZƏRTAC

Yunanıstanda 1 May münasibətilə ümumi tətil elan edilib.

AZƏRTAC xəbər verir ki, ölkənin əsas həmkarlar ittifaqları tərəfindən çağırılan tətil çərçivəsində minlərlə işçinin aksiyalara qoşulacağı gözlənilir.

Məlumata görə, 24 saat davam edəcək tətil zamanı ölkə üzrə genişmiqyaslı etiraz aksiyaları keçiriləcək, nəqliyyat və bir sıra digər xidmətlərdə fasilələrin yaranacağı gözlənilir.

Həmkarlar ittifaqları bildirir ki, aksiyaların əsas səbəbi həyat xərclərinin artması, enerji qiymətlərinin yüksəlməsi və əməkhaqlarının aşağı səviyyədə qalmasıdır. Onların fikrincə, bu amillər əhalinin gündəlik həyatını çətinləşdirərək, dözülməz vəziyyət yaradıb.

Qeyd olunur ki, etirazçılar əməkhaqlarının artırılması, sosial təminatın gücləndirilməsi və enerji xərclərinin azaldılması ilə bağlı konkret addımların atılmasını tələb edirlər.

Məlumata görə, aksiyaların mərkəzi Afina şəhəri olacaq.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
Chosen
73
2
azertag.az

3Sources