EN

Trampdan İranla bağlı paylaşım:“Hörmüz boğazını açmağımızı istəyirlər”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı paylaşımı yenidən yayımlayıb.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.

Məlumata görə, paylaşımda İranın ABŞ-yə “çöküş vəziyyətində olduqlarını” bildirdiyi və Hörmüz boğazının mümkün qədər tez açılmasını istədiyi iddia olunur.

Tramp qeyd edib: “İran bizə "çöküş vəziyyətində olduqlarını" bildirdi. Onlar liderlik vəziyyətlərini anlamağa çalışarkən bizdən Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyirlər”.

Qeyd olunub ki, bu paylaşım regionda gərginliyin artdığı və enerji təhlükəsizliyi ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə edilib.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
50
redaktor.az

1Sources