EN

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 30-da Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib.

Nazirlikdən Aktual.az-a verilən xəbərə görə, əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Naxçıvan Muxtar Respublikası sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

KəmaləddinKəmaləddinKəmaləddinKəmaləddinKəmaləddinKəmaləddinKəmaləddin

Chosen
33
10
ulusum.az

10Sources