EN

Avropa Mərkəzi Bankı da faizə toxunmadı

Avropa Mərkəzi Bankı inkişaf etmiş ölkələrin mərkəzi bankları ilə paralel olaraq faiz dərəcələrini sabit saxlamaq qərarı verib.

Marja xəbər verir ki, inflyasiya mənzərəsi Avrozonada da faizlə bağlı səlahiyyətli qurumların “gözlə və gör” qərarı qəbul etməsinə səbəb olub.

Avropa Mərkəzi Bankı depozit faiz dərəcəsini 2% səviyyəsində sabit saxlayıb. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların gözləntisi də faizin dəyişməyəcəyi istiqamətində olub.

Bank əsas refinansinq (yenidənmaliyyələşdirmə) faizini 2,15%, gecəlik borclanma faizini isə 2,40% səviyyəsində saxlayıb.

Avropa Mərkəzi Bankının İdarə Heyətinin qərar mətnində bildirib: “İnflyasiyaya dair yuxarı risklər və iqtisadi artıma dair aşağı risklər güclənib. İdarə Heyəti mövcud qeyri-müəyyənliyi idarə etmək üçün yaxşı mövqedədir.”

Orta müddətdə inflyasiyanın 2% səviyyəsində qalmasına sadiqliyini vurğulayan Avropa Mərkəzi Bankı İran müharibəsinə də diqqət çəkib.

Avropa Mərkəzi Bankı Yaxın Şərqdəki müharibənin enerji qiymətlərində kəskin artıma səbəb olaraq inflyasiyanı yüksəltdiyini və iqtisadi etimad üzərində təzyiq yaratdığını açıqlayıb.

Bank bu şokun ortamüddətli inflyasiya və iqtisadi aktivliyə təsirinin enerji qiymətlərindəki artımın şiddəti və müddətindən, eləcə də dolayı təsirlərin miqyasından asılı olacağını vurğulayıb. Müharibənin və yüksək enerji xərclərinin davam etməsi halında ümumi inflyasiya və iqtisadiyyata mənfi təsirlərin daha da dərinləşə biləcəyi barədə xəbərdarlıq edilib.

İş elanları AzVak.az-da

Chosen
61
1
marja.az

2Sources