EN

Dünya Bankı ilə Rumıniya arasında 3 milyard dollarlıq sövdələşmə

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Buxarest, 30 aprel, AZƏRTAC

Dünya Bankının nüvə enerjisini maliyyələşdirdiyi ilk ölkə Rumıniya ola bilər. Bu barədə ölkənin energetika naziri Bogdan Ivan açıqlama verib.

AZƏRTAC xəbər verir ki, nazir ABŞ-də Dünya Bankının prezidenti Ajay Banga ilə keçirilən görüş zamanı bu istiqamətdə razılıq əldə olunduğunu bildirib.

O qeyd edib ki, Dünya Bankı Rumıniyada nüvə energetikasının inkişafı üçün təxminən 3 milyard dollar həcmində maliyyə ayırmağa hazırdır.

Məlumata görə, bu vəsait Çernavoda Atom Elektrik Stansiyasının 1-ci blokunun modernləşdirilməsinə yönəldiləcək. Eyni zamanda, 3 və 4-cü enerji bloklarının tikintisi ilə bağlı layihələrin də irəlilədiyi bildirilir.

Qeyd olunur ki, yeni blokların istifadəyə verilməsi nəticəsində Rumıniyada nüvə enerjisi istehsal gücü təxminən 2500 meqavata çatacaq ki bu da ölkənin ümumi elektrik istehsalının təxminən 40 faizini təmin edə bilər.

Nazir vurğulayıb ki, bu layihələr Rumıniyanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, ölkənin regionda enerji mərkəzinə çevrilməsinə şərait yaradacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
1
azertag.az

2Sources