EN

İqlimlə bağlı qanunvericiliyin təkmilləşədirilməsi üçün qurumlararası işçi qrup yaradılır

Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi, "İqlim haqqında" Azərbaycan Respublikasının Qanunu və "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası" layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupu yaradılır.

Ölkə.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının iclasında bildirilib.

Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri Samir Şərifov Komissiyanın iclasını açaraq bildirib ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla qlobal iqlim çağırışlarına qarşı birgə mübarizədə fəal iştirak etməyə başlayıb.

Ölkə sonrakı dövrdə Paris Sazişi çərçivəsində götürdüyü öhdəliklərə sadiq qalaraq, istixana qazı emissiyalarının azaldılması istiqamətində daha iddialı məqsədlər müəyyən etmiş və üçüncü Milli Müəyyən Edilmiş Töhfə (NDC) sənədində 1990-cı il ilə müqayisədə 2035-ci ilədək emissiyaların 40 faiz azaldılmasını əsas prioritet kimi təsbit edib. Bu yanaşma Azərbaycanın aşağı karbonlu inkişaf modelinə keçid və iqlim dəyişmələrinin təsirlərinin minimuma endirilməsi istiqamətində ardıcıl siyasət apardığını nümayiş etdirir.

Qeyd edilib ki, 2024-cü il 11-22 noyabr tarixlÉ™rindÉ™ Bakıda böyük uÄŸurla keçirilmiÅŸ COP29 konfransı hÉ™llini gözlÉ™yÉ™n bir çox mÉ™sÉ™lÉ™ üzrÉ™ mühüm vÉ™ tarixi qÉ™rarlarla yadda qalıb. Qlobal iqlim dÉ™yiÅŸmÉ™lÉ™rinin fÉ™sadlarına qarşı dünya ölkÉ™lÉ™rinin böyük É™ksÉ™riyyÉ™tinin nümayiÅŸ etdirdiyi birgÉ™ sÉ™ylÉ™rÉ™ AzÉ™rbaycan öz töhfÉ™sini vermiÅŸdir. MÉ™hz Bakıda inkiÅŸaf etmÉ™kdÉ™ olan ölkÉ™lÉ™rin É™sas gözlÉ™ntisi – "Yeni Kollektiv KÉ™miyyÉ™t HÉ™dÉ™fi" üzrÉ™ konsensusun É™ldÉ™ olunmasına nail olunmuÅŸdur. Bakıda qÉ™bul edilÉ™n qÉ™rara É™sasÉ™n, 2035-ci ilÉ™ qÉ™dÉ™r bütün dövlÉ™t vÉ™ özÉ™l mÉ™nbÉ™lÉ™rdÉ™n inkiÅŸaf etmÉ™kdÉ™ olan ölkÉ™lÉ™rÉ™ yönÉ™ldilÉ™n iqlim maliyyÉ™sinin illik hÉ™dÉ™fi 1,3 trilyon ABÅž dolları sÉ™viyyÉ™sindÉ™ müəyyÉ™n edilib.

Komissiyanın iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "İqlim haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi, habelə "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası"nın layihəsi barədə, İqtisadiyyat Nazirliyi tərəfindən isə Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) və onun mümkün iqtisadi təsirləri barədə təqdimatlar edilmiş və həmin təqdimatların ətrafında müzakirələr aparılmışdır.

Dövlət Komissiyasının iclasında çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələlələri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, ölkənin Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası layihəsinin (LTS) yekunlaşdırılması və qısa müddətdə təsdiqə təqdim olunması vacibdir.

O öz çıxışında vurğulayıb ki, Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi idxal olunan məhsullar üzrə karbon intensivliyinin nəzərə alınması ilə rəqabət şəraitinin bərabərləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan milli iqlim siyasətinin gücləndirilməsi ölkənin ixrac potensialının qorunması və sənayenin modernizasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, Xarici İşlÉ™r Nazirliyi tÉ™rÉ™findÉ™n Komissiya üzvlÉ™ri 2025-ci ilin noyabrında Braziliyanın Belem ÅŸÉ™hÉ™rindÉ™ keçirilmiÅŸ BMT-nin İqlim DÉ™yiÅŸmÉ™lÉ™ri üzrÉ™ ÇərçivÉ™ Konvensiyasının TÉ™rÉ™flÉ™r Konfransının 30-cu sessiyasının (COP30) nÉ™ticÉ™lÉ™ri vÉ™ AzÉ™rbaycan tÉ™rÉ™findÉ™n iqlim dÉ™yiÅŸmÉ™lÉ™ri ilÉ™ mübarizÉ™ sahÉ™sindÉ™ hÉ™yata keçirilÉ™n tÉ™dbirlÉ™r barÉ™dÉ™ mÉ™lumatlandırılıb. Eyni zamanda, 2026-cı il 9–20 noyabr tarixlÉ™rindÉ™ TürkiyÉ™nin Antalya ÅŸÉ™hÉ™rindÉ™ keçirilÉ™cÉ™k COP31 sessiyasına hazırlıq iÅŸlÉ™rinin aidiyyÉ™ti qurumlar tÉ™rÉ™findÉ™n vaxtında baÅŸlanmasının zÉ™ruriliyi vurÄŸulanıb.

İclasın yekununda Dövlət Komissiyasının sədri Samir Şərifov tərəfindən qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlıqla bağlı tədbirlər planının hazırlanaraq qısa müddətdə Komissiyaya təqdim olunması, eləcə də Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi, "İqlim haqqında" Azərbaycan Respublikasının Qanunu və "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası" layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul edilib.

Chosen
101
34
olke.az

10Sources