ain.az bildirir, Avtosfer portalına istinadən.
Abşeron rayonu, Masazır qəsəbəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 25-də saat 13:26 radələrində “Qurtuluş 93” yaşayış kompleksinin ərazisində qeydə alınıb. Kadrlardan aydın görünür ki, məhəlləarası küçədən çıxan 77-FF-863 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü hərəkətdə olan nəqliyyat vasitələrini nəzərə almadan əsas yola daxil olur.
Daha sonra geriyə manevr etmək istəyən sürücü bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxır. Nəticədə o, hər iki istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin yolunu kəsərək qəza riski yaradır.
Qeyd edək ki, məhdud görünüşlü və sıx hərəkətli ərazilərdə bu cür riskli manevrlər sürücülərin vəziyyəti düzgün qiymətləndirməsini çətinləşdirir və qəza ehtimalını artırır.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.