EN

Tuneldə ağır qəza; maşın 17 qoyunu tələf etdi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Hatay vilayətində baş verən yol-nəqliyyat hadisəsi zamanı xeyli sayda heyvan tələf olub.

Avtosfer.az xəbər verir ki, hadisə Hatay rayonunun Karakeşe məhəlləsində, dəmir yolu keçidi yaxınlığında qeydə alınıb. Rayon sakininin idarə etdiyi 27-AKS-532 nömrə nişanlı avtomobil yola çıxan qoyun sürüsünə çırpılıb.

Qəza nəticəsində 17 qoyun tələf olub, avtomobilə isə ciddi ziyan dəyib. Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə jandarma əməkdaşları cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb.

Qəza səbəbindən bir müddət nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yol yalnız tələf olan heyvanlar ərazidən kənarlaşdırıldıqdan sonra yenidən açılıb.

Faktla bağlı araşdırma aparılır.

Eltac

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
avtosfer.az

1Sources