Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bildirib ki, İran silahı yerə qoymalı, nüvə silahından imtina etməli və ABŞ-yə təslim olduğunu bildirməlidir, əks halda sülh sazişi baş tutmayacaq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Rizvan Hüseynov bildirdi ki, Trampın dedikləri ilə elədikləri heç üst-üstə düşmür:

"Əgər biz Trampın bütün çıxışlarını təhlil etməyə başlasaq, ortada bir nəticəyə gələ bilməyəcəyik. Hələ ki, görünən odur ki, o, çətin vəziyyətdədir. Ümumiyyətlə, vəziyyət çətindir və ABŞ istədiyi təzyiqi İrana göstərə bilmir. İran isə öz mövqeyindən geri çəkilmir. Bu da o deməkdir ki, Amerika ilə İsrail yenidən bu avantüraya, yəni hərbi avantüraya qoşulmalı, İrana yenidən zərbələr endirməlidirlər. Amma bunun nə qədər təsirli olacağı bəlli deyil, çünki bu zərbələr nəticəsində İranın təslim olub-olmayacağı bilinmir. İsrail və ABŞ İrana qarşı keçən il də, bu il fevral-mart aylarında da iki kiçik hərbi əməliyyat həyata keçirdi. Lakin istənilən siyasi nəticə əldə olunmadı. Siyasi nəticə ondan ibarət idi ki, İran hakimiyyəti təslim olmalı idi, amma bu baş vermədi".
Həmsöhbətimizin fikrincə, indi daha iri miqyaslı əməliyyat keçirməyə ehtiyac var, lakin onun da nəticə verib-verməyəcəyi bilinmir:
"Bütün may ayı ərzində danışıqlar və görüşlər davam edəcək. Ən vacib görüşlərdən biri dünən Böyük Britaniya kralı ilə Donald Tramp arasında baş tutdu. Bu, çox çətin danışıqlardır. Bundan sonra Donald Tramp Çinə gedəcək və Çin rəhbəri Si Cinpinlə görüşəcək. Ardınca Putinlə Si Cinpin arasında görüş nəzərdə tutulur. May ayında ciddi danışıqlar aparılacaq və onların nəticəsinə əsasən İran ətrafında məsələnin müharibə yolu ilə, yoxsa danışıqlar vasitəsilə həll olunacağı müəyyənləşəcək".
NURİYYƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.