"Cəmiyyətimizdə yalnız imtahan nəticələri deyil, həmçinin uşaqların tərbiyəsi, onların psixoloji-emosional inkişaf məsələləri də müzakirə olunmalıdır. Təhsil nailiyyətlərinə baxdıqda iki qrup inkişafdan danışılır. Birinci qrup təlim və nəticələrdir. Bunları ölçmək, hansısa imtahanla müəyyən etmək daha rahatdır. İkincisi isə uşaq tərbiyəsidir. Tərbiyə məsələləri daha mürəkkəbdir, bunu ölçmək daha çətindir".