EN

DOST Agentliyinin struktur bölmələrinin mart ayı üzrə fəaliyyətlərinə dair hesabatları dinlənilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 aprel, AZƏRTAC

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.

Bildirilib ki, onlayn formatda təşkil edilən görüşdə agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İclasda bir neçə prosedur sənədi təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub.

Görüşdə DOST Agentliyinin struktur bölmələrinin mart ayı üzrə fəaliyyətləri ilə bağlı hesabatlar dinlənilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
61
azertag.az

1Sources