EN

Deputat: Okamponun etirafları əslində Avropa Parlamentində hansı proseslərin baş verdiyini göstərir

Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun etirafları əslində Avropa Parlamentində hansı proseslərin baş verdiyini göstərir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, bu etiraf həm də erməni lobisinin Avropada nüfuzdan düşmüş, cinayət əməlləri ilə məşğul olmuş şəxslərlə necə dərin əlaqələr qurduğunu ifşa edir: “Əslində rüşvət müqabilində lobbiçilik edən bu parlamentarilər heç bir hüquqi norma və Avropa dəyərlərinə sadiqlik nümayiş etdirmədən, sadəcə pul qarşılığında siyasəti və diplomatiyanı korrupsiya şəbəkəsinə çevirdiklərini açıq şəkildə göstərdilər”.

Hikmət Babaoğlu qeyd edib ki, indi məsələ təkcə Avropa Parlamenti üzvlərinin, o cümlədən Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə sabiq Ali Nümayəndəsi Cozep Borrellin korrupsiya fəaliyyətində iştirakı və bu prosesdə alətə çevrilməsi ilə məhdudlaşmır: “Eyni zamanda beynəlxalq hüquqa zidd, antisivilizasion elementləri özündə birləşdirən və sivilizasiyalar arasında qarşıdurmanı təşviq edən yanaşmaların da mövcud olduğunu görürük. Belə olan halda bu korrupsiyanın hüququ necə cinayətkar və rüşvətxor mexanizmlərə alət etdiyini bir daha müşahidə edirik. Bu baxımdan Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması kimi absurd ideyanı qarşıya məqsəd qoyan bu lobbi təşkilatının uğur qazanması real görünmür. Bununla belə, baş verənlər Avropa siyasətinin və ayrı-ayrı siyasətçilərin ifşa olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Chosen
43
2
apa.az

3Sources