EN

“Ermənistan və Azərbaycan arasında münasibətlər möhkəmləndirilməlidir” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin iki ölkəyə qarşılıqlı səfərlərini tarixi adlandırıb.

Missiya.Az xəbər verir ki, Paşinyan bunu brifinq zamanı Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərinə toxunarkən deyib.

“Çox vacib bir hadisə baş verdi. İki ölkənin Baş nazir müavinlərinin səfərlərini tarixi sülh prosesinin institusional məntiqinin bir hissəsi hesab edirəm. Bu mərhələyə çatdığımız üçün çox xoşbəxtəm”, - deyə siyasətçi vurğulayıb.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlər daim yaxşılaşdırılmalı və sülh tədricən möhkəmləndirilməlidir.

Daşqın HəsənovMissiya.Az

Chosen
40
50
missiya.az

10Sources