EN

Alman nəhəngi Fənərbağça nın futbolçusunu TRANSFER EDİR

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Almaniyanın Borussia Dortmund klubu "Fənərbağça"nın yarımmüdafiəçisi Dorjeles Nene ilə maraqlanır.

Milli.Az xəbər verir ki, bundesliqa təmsilçisi 23 yaşlı futbolçunun transferi üçün artıq ilk addımı ataraq rəsmi müraciət ünvanlayıb.

İstanbul klubu isə malili oyunçunu ucuz qiymətə buraxmaq fikrində deyil. "Sarı-lacivərtlilər" Nenenin transferi üçün minimum 25 milyon avro tələb edir.

Qeyd edək ki, Dorjeles Nene ötən ilin avqust ayında  "Fənərbağça"nın heyətinə qoşulub.

Hüseyn

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
news.milli.az

1Sources