Müğənni Mabel Matiz üçün tələb olunan cəza müəyyən edilib.
Musavat.com xəbər verir ki, "Perperişan" mahnısının sözləri ilə bağlı ədəbsizlik ittihamı ilə mühakimə olunan Mabel Matizin işi üzrə prokurorun rəyi açıqlanıb. Prokuror məşhur müğənni üçün 3 ilə qədər həbs cəzası istəyib.
Mabel Matiz kimi tanınan Fatih Karacaya qarşı məhkəmə prosesi, "Perperişan" mahnısının sözlərində ədəbsiz təsvirlərin olması və yaş məhdudiyyətinin olmaması səbəbindən uşaqlar üçün təhlükə yaratdığı əsas gətirilərək açılan iş davam edib. Mabel Matiz İstanbul 54-cü Cinayət Məhkəməsində keçirilən iclasda iştirak etməyib, lakin hər iki tərəfin vəkilləri iştirak edib. Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkili mahnıda "ədəbsizlik" elementlərinin olduğunu bildirib və təqsirləndirilən şəxsin cəzalandırılmasını istəyib. Təqsirləndirilən şəxsin vəkilləri müdafiələrini hazırlamaq üçün məhkəmədən vaxt istəyiblər.
Dinləmədə dövlət ittihamçısı işin mahiyyəti ilə bağlı rəyini təqdim edərək, təqsirləndirilən Fatih Karacanın "mətbuat və media vasitəsilə ədəbsiz şəkillər, yazılar və ya sözlər dərc etmək" cinayətinə görə 6 aydan 3 ilə qədər həbs cəzasına məhkum edilməsini istəyib.
Məhkəmə müvəqqəti qərarını elan edərək, tərəflərə müdafiələrini hazırlamaq və rəyə qarşı ifadələr vermək üçün vaxt vermək barədə qərar verib və dinləməni təxirə salıb. Məhkəmənin qərarını növbəti iclasda elan etməsi gözlənilir.
Könül
Musavat.com