EN

Əməkdar artistin qızı: Vəsiyyət etmişəm məni atamın qəbrində basdırsınlar VİDEO

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Dilarə Əliyevanın qızı Banu emosional çıxışı ilə diqqət mərkəzinə düşüb.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, o, anasının aparıcılıq etdiyi “Söhbət var” verilişində Gülcahan Hüseynoğlunun “Gənc ananın etirafı” monoloqunu səsləndirib.

Onun “Vəsiyyət etmişəm məni atamın qəbrində basdırsınlar" cümləsi sosial mediada şəxsi istəyi kimi müzakirələrə səbəb olub.

Banunun çıxışı anasını və efirdəki qonaqları kövrəldib.

D.Əliyevanın əri Oqtay Əliyev 22 mart 2023-cü ildə yol qəzasında vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
7
www.bakupost.az

8Sources