EN

Yığma komandamız Pakistanı məğlub etdi

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində son oyuna çıxıb.

Sportal.az xəbər verir ki, millimiz üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.

Bununla da Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb.

U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. Penaltilərlə 4:2) seçmələri ilə qarşılaşıb.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
63
35
sportal.az

10Sources