EN

İran üçün “fırtına” ssenarisi: Admiralın gizli brifinqi

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İranda potensial hərbi əməliyyatlar planını hazırlayıb və brifinqdə onu prezident Donald Trampa təqdim edəcək.

Ölkə.Az xəbər verir ki, bu barədə Axios nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, plan İranın infrastrukturuna toxunacağı ehtimal edilən “qısa və güclü zərbələr dalğası”nı nəzərdə tutur. Belə bir addımın Tehranı danışıqlar masasına qayıtmağa və nüvə proqramı ilə bağlı güzəştlərə getməyə sövq edəcəyi gözlənilir.

Bundan əlavə, Kuper Trampa Hörmüz boğazının mümkün ələ keçirilməsi (hansı ki, quru qoşunlarının iştirakını tələb edə bilər), həmçinin ölkədəki yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına qarşı xüsusi əməliyyat barədə məlumat verəcək.

Axios qeyd edir ki, qarşıdakı brifinq ABŞ prezidentinin İranda hərbi əməliyyatları bərpa etmək barədə ciddi niyyətini nümayiş etdirir. Nəşrin qiymətləndirməsinə görə, məqsəd ya danışıqlarda Tehrana təzyiqi artırmaq, ya da münaqişə başa çatmazdan əvvəl həlledici zərbə endirməkdir. Admiral Kuper analoji brifinqi fevral ayında hərbi əməliyyatların başlamasından bir neçə gün əvvəl də keçirmişdi.

Chosen
33
1
olke.az

2Sources