Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
QOL.az xəbər verir ki, mərhələnin hər iki oyunu eyni saatda - Bakı vaxtı ilə 23:00-da start götürəcək.
"Braqa" Portuqaliyada Almaniyanın "Frayburq" komandasını qəbul edəcək.
Digər oyunda isə İngiltərənin "Nottinqem Forest" və "Aston Villa" klubları üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-də keçiriləcək.
30 aprel
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
23:00. "Nottinqem Forest" (İngiltərə) – "Aston Villa" (İngiltərə)
23:00. "Braqa" (Portuqaliya) – "Frayburq" (Almaniya)