Estoniyanın xarici işlər naziri Marqus Tsahkna prezident Alar Karisin Rusiyayla gələcək dialoq və müharibənin ilk dövrlərində "itirilmiş imkanlar"la bağlı açıqlamalarını tənqid edib...
Poliqon xəbər verir ki, bu barədə ERR nəşri məlumat yayıb.
Prezident bu fikirləri Finlandiyaya rəsmi səfəri zamanı səsləndirib. O, Finlandiya prezidenti Aleksandr Stubb ilə birlikdə Avropanın Ukraynadakı müharibədən sonra Rusiya ilə dialoqa başlamalı olduğunu və əvvəlki səhvlərdən nəticə çıxarılmasının vacibliyini qeyd edib.
Tsahkna isə prezidentin mövqeyinin Estoniyanın və ümumilikdə Avropanın xarici siyasəti ilə ziddiyyət təşkil etdiyini bildirib:
"Alar Karisin Rusiya ilə dialoqa başlamaq istəyi Avropa və Estoniya xarici siyasətinin ümumi xəttinə ziddir və bu, Putinə öz şərtlərini və ultimatumlarını irəli sürmək imkanı yaradır. 2022-ci ilin fevralından sonra atəşkəs barədə fikir isə xatırladım ki, o zaman Putin Ukraynanın suverenliyi və NATO çərçivəsində təhlükəsizlik zəmanətləri ilə bağlı ultimatumlar irəli sürmüşdü".
Tənqid təkcə hökumət nümayəndələrindən deyil, müxalifətdən də gəlib. "Isamaa" partiyasının lideri Urmas Reinsalu Rusiyanın Ukraynaya müdaxiləsinin Avropanın günahı olmadığını vurğulayıb.
Onun sözlərinə görə, 2022-ci ilin yazında Ukrayna ilə Rusiya arasında aparılan danışıqlar uğursuz olub və bu proses Bucha hadisələrindən sonra tamamilə dayanıb.
Sosial Demokrat Partiyasının lideri Lauri Lyaenemets isə bildirib ki, Estoniya indiyədək Rusiyanın təcavüzkar müharibəsini dayandırmağa və Baltikyanı region üçün təhlükəsizliyin təmin olunmasına fokuslanıb.
"İndi isə Rusiya ilə nə vaxt və necə dialoqa başlamaq barədə müzakirələr gündəmə gətirilir ki, bu da diqqəti başqa istiqamətə yönəldir", deyə o əlavə edib.
Poliqon.info