EN

Milli Kitabxanada “Akademik Tofiq Hacıyev 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

Milli Kitabxanada görkəmli türkoloq alim, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Akademik Tofiq Hacıyev – 90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə akademikin türkologiya sahəsindəki iri həcimli araşdırmaları, Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlili haqqında, ana dili, nitq mədəniyyətləri, dil normaları, düzgün tələffüz və dilçiliklə bağlı sanballı dərslikləri, fundamental monoqrafiyaları, tərcümələri, elmi-publisistik məqalələrindən ibarət nəşrləri, həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında ədəbiyyarlar, Akademik Tofiq Hacıyevin dilçilik görüşləri, filoloji görüşləri və s. mövzularda elmi tədqiqat işləri nümayiş olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
2
azertag.az

3Sources