Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçiriləcək.
Publika.az xəbər verir ki, “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma “Neftçi Arena”da baş tutacaq və saat 20:00-da start veriləcək.
Bu, mövsümün sonuncu Azərbaycan derbisi olacaq. Bundan əvvəl komandalar arasında baş tutan iki görüşdə Ağdam klubu 2:0 və 5:1 hesabı ilə qalib gəlib. Komandalar son olaraq 4 gün öncə Premyer Liqa çərçivəsində üz-üzə gəlib.
Azərbaycan Premyer Liqası, 21-ci turdan təxirə salınmış oyun
30 aprel