EN

Gavalının bilinməyənFAYDASI

Tomsk Dövlət Universiteti və Vavilov adına Ümumrusiya Bitki Genetik Resursları İnstitutu alimləri Uzaq Şərqdə yetişdirilən dörd gavalı növünü araşdıraraq onların tərkibində 70-dən çox faydalı birləşmə aşkar ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqat zamanı ilk dəfə olaraq bu meyvədə iltihabəleyhinə təsirə malik ibuprofen və digər bioloji aktiv maddələr müəyyən olunub.

Alimlər bildiriblər ki, müasir dövrdə balanssız qidalanma, zəif immunitet və dərmanlardan qeyri-düzgün istifadə geniş yayılıb. Bu problemlərin qarşısını almaqda qida rasionuna faydalı məhsulların daxil edilməsi mühüm rol oynaya bilər və bu baxımdan gavalı perspektivli məhsul hesab olunur.

Tədqiqat çərçivəsində iqlimə davamlılığı və yüksək dad keyfiyyətləri ilə seçilən “Krasnomyasaya”, “Neporajemaya”, “Long Yuan Mi Li” və “Long Yuan Tao Li” sortları analiz edilib. Nəticələrə görə, bu növlərdə ümumilikdə 74 bioloji aktiv maddə müəyyən edilib.

Araşdırma zamanı həmçinin floretin, umbəliferoon, metilqall turşusu, p-kumaroilxin turşusu, dihidrokempferol və herbasetin kimi maddələr də aşkar olunub. Alimlərin sözlərinə görə, xüsusilə herbasetin hələ az öyrənilsə də, onun iltihabəleyhinə və antioksidant xüsusiyyətləri artıq məlumdur.

Mütəxəssislər qeyd edirlər ki, bu birləşmələr gələcəkdə xərçəng, ürək-damar xəstəlikləri və beyin toxumasının zədələnməsi kimi halların müalicəsində istifadə oluna bilər.

NURİYYƏ

Chosen
58
1
redaktor.az

2Sources