EN

Türk futbolçu ilə Ronaldo və Koman arasında gərginlik Video

Qol.az saytına istinadən ain.az xəbər verir.

Türk futbolçu ilə Ronaldo və Koman arasında gərginlik - Video

Səudiyyə Ərəbistanı Liqasının 30-cu turunun “Əl-Nəsr” - “Əl-Əhli” görüşündə (2:0) qalmaqal baş verib.

QOL.az xəbər verir ki, hadisə qonaq komandanın türk futbolçusu Merih Demirala qarşı sərt oyun səbəbindən yaşanıb.

Demiral oyundan sonra “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldoya etiraz edib. Daha sonra onunla digər rəqib futbolçu Kinqsli Koman arasında gərginlik yaranıb. Lakin hadisənin daha da böyüməsinin qarşısı alınıb.

Matçdan sonra Merih Demiral jurnalistlərə açıqlamasında hakimlikdən narazılıq edib: “Bütün hakimlər dəli olub! Ayağıma baxın. O, az qala ayağımı sındıracaqdı! Onlar “Əl-Nəsr”in qalib gəlməsinə kömək edirlər. Allaha and olsun, bu, biabırçılıqdır!”

View this post on Instagram

A post shared by Qol.az (@qolaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
50
qol.az

10Sources