EN

Tramp hələ də İranı diz çökdürmək niyyətindən əl çəkmir –

ABŞ Prezidenti Donald Tramp daxili ixtilaflar və dəniz blokadası (Hörmüz boğazı) vasitəsilə İranın təslim olmasını hədəfləyir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın müraciətində belə deyilir.

 

Onun sözlərinə görə, ABŞ və İsrail İran liderlərini öldürməklə İslam Respublikasını 3 günə süquta yetirməyə çalışıb: "Lakin zamanla görüblər ki, bizim raketlərimiz və pilotsuz uçuş aparatlarımız zərbə endirməyə davam edir", - o bildirib və əlavə edib ki, İranı Venesuelaya çevirmək istəyirdilər.

 

Müraciətdə bildirilib ki, müharibə zamanı təhlükəsizlik bazalarına endirilən zərbələrdən sonra Novruz çərşənbələri zamanı İranda çevriliş planlaşdırılırdı: "İran xalqı bu təhdidləri dəf edib. Düşmən ölkəyə qoşun yeritməyə çalışıb, bu planı İsfahanda sınaqdan keçirib, amma biabırçılıqla nəticələnib. ABŞ yeni mərhələyə keçib və dəniz blokadası, media təbliğatı, iqtisadi təzyiq, daxili ixtilafları qızışdırmaq yolu ilə bizi zəiflətmək, hətta daxildən məhv etmək istəyir".

 

Qalibaf sonda vurğulayıb ki, ABŞ-ın  İran üçün radikal və mötədil bölgüsü doğru deyil, çünki vəzifəli şəxslərin hər biri ali rəhbər Müctəba Xameneiyə tabedir.

 

Qeyd edək ki, ABŞ-nin dövlət katibi Marko Rubio aprelin 27-də İslamabad danışıqlarına əsas maneə kimi İranda vahid mövqeyin olmamasını göstərib və İslam Respublikasının rəhbərliyində parçalanmanın olduğunu iddia edib. Onun fikrincə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Ali lider və onun ətrafı sərt xətt tərəfdarları, İranın xarici işlər naziri, Prezidenti və parlamentin spikeri isə mötədillərdir.

Chosen
43
4
senzor.az

10Sources