Rusiya prezidenti Vladimir Putin 9 May Paradına qədər atəşkəs elan etməyə hazırdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Putin bu barədə telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampı məlumatlandırıb.
Uşakov Trampın Putinin atəşkəs təklifini dəstəklədiyini söyləyib.
"Rusiya prezidenti telefon danışığı zamanı bildirib ki, 2025-ci ilin əvvəlindən bəri Rusiya Ukraynaya 20 mindən çox meyit verib, Ukraynadan 500-dən bir qədər çox meyit alıb.
Putin Ukrayna münaqəsinin danışıqlar yolu ilə həll üçün Zelenskinin əvvəllər müəyyən edilmiş təkliflərə müsbət cavab verməli olduğunu söyləyib.
Putin Trampa Rusiya qoşunlarının xüsusi hərbi əməliyyat zonasındakı vəziyyət barədə də məlumat verib.
Keml rəhbəri bundan başqa, Trampa xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacağını və Rusiyanın bunu danışıqlar yolu ilə etməyi üstün tutduğunu söyləyib", - Uşakov qeyd edib.