Məhkəmə Markus Reşfordu irqçi şəkildə təhqir edən azarkeşə hökm oxuyub.
Publika.az xəbər verir ki, insident sentyabrın 25-də “Ovyedo” ilə oyunda (3:1) yaşanmışdı.
Azarkeşlərdən biri Reşfordu ağır irqçi təhqirə məruz qoyaraq onu “neqrata” adlandırmışdı.
Prokurorluq ona 1 il 3 ay həbs cəzası istəyib. Məhkəmə təqsirləndirilən şəxsə doqquz ay həbs cəzası verib. Azarkeş həmçinin altı ay ərzində gündəlik 5 avro cərimə ödəməli olacaq.