EN

Nigeriyada qızılca epidemiyası 15 uşaq həyatını itirib

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Nigeriyanın Sokoto əyalətində uşaqlar arasında qızılca epidemiyası yayılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sokoto əyalətinin səhiyyə naziri Faruk Vurno bildirib.

O qeyd edib ki, ştatın Kurava kəndində uşaqlarda qızılca aşkarlanıb və epidemiya nəticəsində 15 uşaq həyatını itirib.

Vurno əlavə edib ki, bölgəyə səhiyyə işçiləri və dərmanlar təcili sürətdə göndərilib və ağır infeksiyaları olan uşaqlar xəstəxanalara köçürülüb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
86
525.az

1Sources