EN

İran ABŞ-nin ələ keçirdiyi gəmidən ekipaj üzvlərini geri qaytara bilib

“Touska” tankeri ətrafında böhranı dərinləşib, Tehran daha 22 vətəndaşın azad olunması üçün səyləri gücləndirib...

Poliqon xəbər verir ki, Iran ABŞ tərəfindən ələ keçirilmiş “Touska” adlı ticarət gəmisində olan ekipaj üzvlərinin bir hissəsinin azad edilməsinə nail olub. Tasnim agentliyinin yaydığı məlumata görə, hazırda altı nəfərdən ibarət iranlı ekipaj üzvü azad edilərək ölkəyə qaytarılıb.

Agentliyin məlumatında bildirilir ki, Tehran hazırda gəmidə qalan digər 22 iranlının azad olunması istiqamətində səylərini davam etdirir. Rəsmi qurumlar məsələ ilə bağlı diplomatik və hüquqi kanallar vasitəsilə danışıqlar aparıldığını vurğulayıblar.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — ABŞ Mərkəzi Komandanlığı İranın “Touska” ticarət gəmisinin ABŞ-nin tətbiq etdiyi blokadanı yarmağa cəhd göstərdiyi üçün saxlanıldığını açıqlamışdı. Hadisə regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb.

İran Xarici İşlər Nazirliyi isə aprelin 21-də verdiyi bəyanatda ABŞ-nin bu addımını kəskin şəkildə pisləyib. Rəsmi Tehran hadisəni “dəniz quldurluğu” kimi qiymətləndirərək, bunun Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması olduğunu vurğulayıb. Eyni zamanda bildirilib ki, bu cür addımlar mövcud atəşkəs rejiminə də ziddir.

Ekspertlərin fikrincə, hadisə ABŞ ilə İran arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirə və regionda yeni eskalasiya risklərini artıraraq dəniz təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirə bilər.

Poliqon.info

Chosen
46
poliqon.info

1Sources