EN

“Saraqosa”nın qapıçısı 13 oyunluq cəzalandırıldı

İspaniyanın “Saraqosa” klubunun qapıçısı Esteban Andrada Sequnda Liqasının 37-ci turunda “Ueska”ya qarşı oyunda baş verən kütləvi davaya səbəb olduğu üçün 13 oyunluq cəza alıb.

90deqiqe.Az-ın məlumatına görə, hadisə aprelin 26-da “Ueska”nın ev stadionunda baş verib. Oyunun əlavə olunmuş vaxtında sarı vərəqə alan Andrada daha sonra “Ueska”nın kapitanı Xorxe Pulidoya yumruqla hücum edərək onun üz nahiyəsinə zərbə endirib və qarşıdurmanı alovlandırıb.

Daha sonra qapıçı öz hərəkətinə görə üzr istəyərək “özünü idarə edə bilmədiyini” bildirib.

“Saraqosa” və “Ueska” hazırda Sequndada qalmaq uğrunda mübarizə aparır. “Ueska” 36 xalla 19-cu, “Saraqosa” isə 35 xalla 21-ci pillədə qərarlaşıb.

Chosen
51
90deqiqe.az

1Sources