EN

Tramp - Putin danışığının detalları açıqlandı

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında 1,5 saatdan çox davam edən telefon danışığı baş tutub.Metbuat.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün səmimi və işgüzar mühitdə keçdiyini bildirib. Onun sözlərinə görə, liderlər iqtisadiyyat və energetika sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Məlumata görə, Putin Rusiya-Ukrayna münaqişəsi kontekstində Qələbə Günü ilə bağlı atəşkəs elan etməyə hazır olduqlarını qeyd edib. Bildirilir ki, Tramp bu təşəbbüsü dəstəkləyib və münaqişənin həlli üçün razılaşmanın yaxın olduğunu vurğulayıb. ABŞ lideri hərbi əməliyyatların tezliklə dayandırılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə səyləri davam etdirəcəyini bildirib.Bununla yanaşı, Putin Rusiyanın Ukraynadakı hədəflərinə nail olmaqda qərarlı olduğunu diqqətə çatdırıb və məsələnin danışıqlar yolu ilə həllinə üstünlük verdiklərini bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin dəfələrlə irəli sürülən təkliflərə müsbət yanaşmasının vacibliyini vurğulayıb.Telefon danışığında Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub. Putin Trampa İranda quru əməliyyatının qəbuledilməz və təhlükəli olduğunu bildirib. O, belə addımın yalnız region üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün ciddi və dağıdıcı nəticələrə səbəb ola biləcəyini qeyd edib.

Rusiya lideri həmçinin İranın nüvə proqramı ilə bağlı məsələlərin yalnız diplomatik yollarla həllinin tərəfdarı olduqlarını bildirib. Bu məqsədlə müxtəlif tərəflərlə, o cümlədən region ölkələri və beynəlxalq tərəfdaşlarla təmasların davam etdiriləcəyi vurğulanıb.

Chosen
49
50
metbuat.az

10Sources