EN

Samvel Karapetyanın partiyasının tərəfdarları həbs olundu

Seçki rüşvətxorluğu ilə bağlı cinayət işi ilə əlaqədar iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının beş tərəfdarı həbs olunub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi "Güclü Ermənistan" partiyası adından fəaliyyət göstərən bir qrup şəxsin iyun ayında keçiriləcək parlament seçkilərində adı çəkilən siyasi qüvvəyə səs vermək müqabilində bir sıra vətəndaşlara seçki rüşvəti verdiyinə dair etibarlı məlumat əldə edib.

Komitə əlavə edib ki, istintaq həmçinin "Güclü Ermənistan" adından hərəkət edən şəxsin seçkilər zamanı xeyriyyəçilik qadağasını pozduğunu və vətəndaşları mitinqlərdə iştirak etməyə təhrik etdiyini müəyyən edib.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi əlavə edib ki, Ermənistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, bir sıra axtarışlar aparılıb və beş nəfər saxlanılıb.

Chosen
67
50
unikal.az

10Sources