Mayın 3-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Qazaxda cüdo üzrə kəmər dərəcələri üçün rəsmi imtahan baş tutacaq.
Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, imtahan Qazax Olimpiya İdman Kompleksində keçiriləcək.
Bildirilib ki, imtahanda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan bütün idmançılar iştirak edə bilərlər. Kəmər dərəcələrinin seçimi isə namizədlərin yaş kateqoriyasına uyğun şəkildə aparılacaq.
İmtahanı uğurla başa vuran iştirakçılara ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim olunacaq.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan cüdoçuların yarışlarda iştirakına icazə verilməyəcək.