ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında çıxış edib.
Turkustan.az xəbər verir ki, o bildirib ki, ABŞ və İsrailin İrana hücumları ilə başlayan münaqişə fonunda Avropa İttifaqı son 60 gün ərzində qazıntı yanacaq idxalına 27 milyard avrodan çox vəsait xərcləyib.
Fon der Leyen çıxışında Ukraynaya ayrılacaq 90 milyard avroluq kredit paketinə də toxunub. Onun sözlərinə görə, Aİ 2026-cı il üçün nəzərdə tutulan vəsait çərçivəsində bu rübdə 45 milyard avroluq ilk tranşı bölüşdürəcək: “Bu məbləğin üçdə biri büdcə ehtiyaclarına, üçdə ikisi isə Ukraynanın müdafiəsinə yönəldiləcək”.
O, həmçinin paketin tərkibində Ukraynada 6 milyard avro dəyərində dron istehsalının da yer aldığını bildirib və Kiyevə dəstəyin davam edəcəyini qeyd edib.
Von der Leyen Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etdiyini xatırladaraq müharibənin iqtisadi və sosial yükünü Rusiya cəmiyyətinin də daşıdığını bildirib.
Kreml tərəfindən internet və ünsiyyət azadlığının məhdudlaşdırıldığını deyən fon der Leyen əlavə edib: “Ruslar yenidən rəqəmsal ‘dəmir pərdə’ arxasında yaşadıqlarını hiss edirlər. Lakin tarix bizə göstərib ki, bütün divarlar sonda dağılır”.
Aytən Yaşar/ Turkustan.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.