EN

Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı

style='margin-bottom:10px;'>

"Saraqosa"nın qapıçısı Esteban Andrada sərt cəzalandırılıb.

QOL.az xəbər verir ki, İspaniya mətbuatının yaydığı məlumata görə, La Liqa 2-nin 37-ci turunda "Ueska" ilə matçda (0:1) qırmızı vərəqə alan futbolçu 13 oyunluq diskvalifikasiya edilib.

Hadisə "El-Alkoras" stadionunda keçirilən qarşılaşmanın 90+8-ci dəqiqəsində baş verib. Andrada "Ueska"nın müdafiəçisi Xorxe Pulidonu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan sonra qəzəblənən qolkiper rəqibinə yaxınlaşaraq onun üzünə yumruqla zərbə endirib.

Qeyd olunur ki, qapıçının bu hərəkətindən sonra meydanda kütləvi dava düşüb və nəticədə daha iki futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.

Chosen
36
2
teleqraf.com

3Sources