EN

İsveç Rusiya ilə müharibəni istisna etmir

İsveç parlamentinin ifrat sağçı İsveç Demokratlar partiyasından olan üzvü Markus Viçel Stokholmun Moskva ilə münaqişədə birbaşa iştirakının mümkünlüyünü etiraf edib.

Editor.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billström qarşısında çıxışında deyilir. Nəşrin məlumatına görə, Viçelin tələbi Moskvaya qarşı tətbiq edilən sanksiyalara əməl etmək üçün ixraca nəzarətin gücləndirilməsi məsələsinə aiddir. Rusiyanın Qərb texnologiyalarına çıxışının məhdudlaşdırılmasının zəruriliyindən danışan parlamentari Stokholmun Moskva ilə münaqişədə hipotetik iştirakı məsələsini qaldırır. “Əgər ən pis hadisə baş verərsə və İsveçin də iştirak etdiyi müharibə başlayarsa, şübhəsiz ki, dünya demokratiyalarının vahid qalması həmişəkindən daha vacibdir”, – çağırış mətnində deyilir.

O, həmçinin vurğulayıb ki, hökumət belə bir ssenari ortaya çıxmazdan əvvəl dünyanın yaxşı qüvvələrinin birgə işləməsini təmin etmək üçün hər şeyi etməlidir. Bu, gələcək müharibənin qarşısını almaq üçün lazımdır.

//Gülnarə Abasova, Editor.az

Chosen
305
20
editor.az

10Sources