ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Livan prezidenti Cozef Aun İsrailin sərhəd kəndlərini dağıtmaqla təhlükəsizliyi təmin edə biləcəyinə dair inancının səhv olduğunu bildirib və əlavə edib ki, "İsrail təhlükəsizliyin yeganə yolunun danışıqlar yolu ilə olduğunu başa düşməlidir".
Turkustan.az xəbər verir ki, Livan Prezident Aparatının açıqlamasına görə, Aun Beyrutdakı Baabda Sarayında keçmiş nazir Məhəmməd Şakerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Aun ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə birbaşa danışıqlar və İsrailin Livandakı hücumları ilə bağlı açıqlamalar verib.Aun ABŞ-ın İsrail ilə danışıqlara başlamaq üçün bir tarix təyin etməsini gözlədiklərini bildirib və əlavə edib: "Livan sənədi bu gün ABŞ prezidentinin masasındadır. Bu, ölkəmizə təhlükəsizlik və sülh gətirmək üçün istifadə etməli olduğumuz bir fürsətdir".Avn atəşkəs elan olunmasına baxmayaraq, İsrailin hücumlarını davam etdirməsinin qəbuledilməz olduğunu bildirdi.
Aytən Yaşar/ Turkustan.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.