EN

Fransa Malidəki vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırıb

Fransa Xarici İşlÉ™r Nazirliyi MalidÉ™ olan vÉ™tÉ™ndaÅŸlarını ölkÉ™ni mümkün qÉ™dÉ™r tez tÉ™rk etmÉ™yÉ™ çağırıb.Bu barÉ™dÉ™ XİN-in yaydığı bÉ™yanatda bildirilib.

Bu çağırış aprelin 25-də Malinin bir sıra bölgələrində baş vermiş silahlı toqquşmalardan sonra təhlükəsizlik vəziyyətinin qeyri-sabit olaraq qalması ilə əlaqədardır.

Nazirlik Fransa vətəndaşlarına kommersiya reyslərindən istifadə edərək ölkəni tərk etməyi tövsiyə edib.

Bəyanata görə, Malidə qalmağa davam edən vətəndaşlara yaşayış yerlərini tərk etməmək, yaxınları ilə əlaqə saxlamaq və yerli hakimiyyət orqanlarının məlumatlarını diqqətlə izləmək məsləhət görülüb.

Fövqəladə vəziyyət yaranacağı təqdirdə isə Fransa vətəndaşlarına baş konsulluqla əlaqə saxlamaq tapşırılıb.

Chosen
82
1
anews.az

9Sources