EN

Kral ziyafətində hər kəs bu detala diqqət yetirdi

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Donald Tramp və həyat yoldaşı, birinci xanım Melaniya Tramp bu dəfə Ağ Evdə III Çarlz və Kraliça Kamillanın şərəfinə təşkil edilən dövlət şam yeməyində diqqət çəkən anla gündəmə gəliblər.

Turkustan.az xəbər verir ki, mərasim zamanı qeydə alınan görüntülərdə Donald Trampın dəfələrlə həyat yoldaşı Melaniya Trampın əlini tutmağa çalışdığı, Melaniyanın isə əvvəlcə məsafə saxladığı görünür.

Bununla belə, cütlük tədbir boyu rəsmi protokola uyğun şəkildə iştirak edib və qonaqlar qarşısında münasibətlərini normal şəkildə davam etdirib.

Kadrlarda Trampın bir neçə dəfə əl uzatdığı, Melaniyanın isə təması məhdudlaşdırdığı iddiaları sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. İzləyicilər həmin anları “gərgin” və “qəribə” kimi şərh ediblər.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
icma.az

2Sources