EN

"Barselona" hücum xəttinə sürpriz namizəd tapıb

İspaniya nəhəngi "Barselona" gələn mövsüm üçün hücumçu axtarışlarını genişləndirir.

Fanat.Az xəbər verir ki, Kataloniya klubu "Brayton"un braziliyalı forvardı Joao Pedronu ciddi şəkildə maraq dairəsinə salıb.

"365scores" platformasının məlumatına görə, 22 yaşlı futbolçu "Barselona"nın transfer siyahısında Xulian Alvaresə əsas alternativ kimi nəzərdən keçirilir.

Hücumun müxtəlif mövqelərində çıxış edə bilən Pedronun texnikası və qol duyumu klubun skautlarının diqqətindən qaçmayıb. Xüsusilə gənc futbolçunun Premyer Liqada nümayiş etdirdiyi dinamik oyun tərzi baş məşqçinin taktiki planlarına uyğun gəlir.

Maliyyə baxımından daha sərfəli olan bu keçidin reallaşması üçün tərəflər arasında ilkin müzakirələrin aparıldığı bildirilir.

Chosen
26
fanat.az

1Sources