EN

Rəqibini yumruqla vuran qapıçıya 13 oyunluq cəza verildi

İspaniya Futbol Federasiyası "Saraqosa"nın qapıçısı Esteban Andradaya ağır cəza verib.

Sportal.az xəbər verir ki, qurum argentinalı qolkiperi 13 oyunluq cəzalandırıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.

34 yaşlı qolkiper II Liqanın XXXVII turunun "Ueska" ilə matçının (0:1) 90+8-ci dəqiqəsində rəqib futbolçu Xorxe Pulidonu yumruqla vurduğu üçün ağır cəza alıb.

Qeyd edək ki, Esteban Andrada bu mövsüm "Saraqosa"nın heyətində meydana çıxdığı 28 rəsmi matçda qapısında 36 qol görüb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

saytlarin hazirlanmasi

Chosen
47
1
sportal.az

2Sources