EN

Xırdalanda yüksək gərginlikli xətlərin altında tikintiyə kim icazə verib? Abşeron RİH dən AÇIQLAMA

Sitat.info portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Xırdalan şəhərində əmlak elanlarından birində yüksək gərginlikli elektrik xətlərinin altında satışa çıxarılan yaşayış evi və onun ətrafında olan evlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.

Tikinti normalarının belə kobud şəkildə pozulması ictimaiyyətin təəccüb və qınağına səbəb oldu. 

Məsələ ilə bağlə Abşeron Rayon İcra Hakimiyyətindən “Sitat.info”ya bildirildi ki, həmin tikiliyə sərəncamı Dövlət Şəhərsalma Arxitektura Komitəsi verib:

“Sözügüdən ünvanda həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı sorğunuza cavab olaraq bildiririk ki, DŞAK- nin 17.09.2025-ci il tarixli 3-35/3-3-166/2025 məktubu ilə Abşeron rayonu, Xırdalan şəhərində vətəndaş Rəhimov Rəhim Yusif oğluna,  mülkiyyətində olan 0.0593 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə sərəncam verilmişdir”.

Məğrur,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
1
sitat.info

2Sources