Bakı, 29 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmasından sonra, ABŞ Prezidenti Donald Tramp müvafiq qərar verərsə, Venesuela da bu təşkilatı tərk edə bilər. Bu barədə AZƏRTAC Kanadanın “The Globe and Mail” qəzetinə istinadla xəbər verir.
OPEC-dən çıxan növbəti ölkənin hansı olacağını proqnozlaşdırmaq çətin deyil. Şübhəsiz, Tramp Venesuelanın karteldən çıxmalı olduğuna qərar verərsə (BƏƏ ilə baş verdiyi kimi), belə də olacaq, - deyə qəzet qeyd edir.
Məqalədə vurğulanır ki, dünyanın ən böyük kəşf olunan neft ehtiyatlarına malik olmasına baxmayaraq, Nikolas Maduronun qaçırılmasından sonra Venesuela faktiki olaraq Vaşinqtondan asılı vəziyyətə düşüb.
Onu da qeyd etmək vacibdir ki, OPEC-də aparıcı mövqe tutan Səudiyyə Ərəbistanı daim ABŞ-nin Yaxın Şərqdəki əsas strateji tərəfdaşlarından biri olaraq qalır.