EN

BƏƏ-nin OPEC-dən çıxması neft bazarında tarazlığı dəyişə bilər

Əbu-Dabinin qərarı təşkilat üçün gözlənilməz olub və onun bazara nəzarət imkanlarını zəiflədə bilər...

Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxması təşkilatı gözlənilməz vəziyyətlə üz-üzə qoyub və onun qlobal neft bazarına təsir imkanlarını zəiflətmək təhlükəsi yaradıb.

Poliqon xəbər verir ki, bu barədə “Bloomberg” Agentliyi məlumat yayıb. Məlumata görə, BƏƏ-nin təşkilatdan ayrılması ölkəni dünya neft bazarında daha qeyri-müəyyən və proqnozlaşdırılması çətin oyunçuya çevirə bilər. Rəsmi şəxslər neft tədarükü bərpa olunduqdan sonra hasilatı artırmaq niyyətində olduqlarını bildiriblər.

Mənbələrin sözlərinə görə, BƏƏ-nin OPEC-dən çıxmaq qərarı uzun illər ərzində formalaşıb. Xüsusilə bu onilliyin əvvəlində COVID-19 pandemiyasının yaratdığı sarsıntılar Əbu-Dabi ilə Ər-Riyad arasında neft siyasəti ilə bağlı fikir ayrılıqlarını daha da dərinləşdirib.

BƏƏ-nin mövqeyinin formalaşmasında Əbu-Dabi Milli Neft Şirkətinin baş direktoru Sultan əl-Cabirin mühüm rol oynadığı bildirilir. O, OPEC+ kvotalarının tətbiq etdiyi məhdudiyyətlərdən tez-tez narazılıq ifadə edib.

“Eurasia Group” konsaltinq şirkətinin analitiki Qreq Brü bildirib ki, OPEC-in bazardakı təsiri zəifləyəcək. Onun sözlərinə görə, BƏƏ-nin çıxışı təşkilatın nüfuzuna zərbə vuracaq, çünki əmirliklər OPEC-in ümumi hasilat gücünün əhəmiyyətli hissəsinə sahib idi.

Poliqon.info

Chosen
37
poliqon.info

1Sources