EN

Lif əlavəsinin qaraciyərə zərərli təsiriAŞKARLANDI

Populyar qida əlavələrindən biri olan həll olunan lifin (inulin) müəyyən hallarda qaraciyər sağlamlığına mənfi təsir göstərə biləcəyi müəyyən edilib.

Redaktor.az xəbərverir ki, bu barədə məlumat "Molecular Nutrition and Food Research"  jurnalında dərc olunan araşdırmada yer alıb. Avstraliyadakı Edith Cowan Universitetinin alimləri qeyri-alkoqollu piyli qaraciyər xəstəliyinin inkişafında qidalanmanın rolunu araşdırıblar.

Nəticələr göstərib ki, nar, giləmeyvə, üzüm və qoz kimi məhsullarda olan ellag turşusu qaraciyəri qoruyucu təsir göstərə bilər. Bu maddənin antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğu və qaraciyər toxumasında zədələnməni azalda biləcəyi bildirilib.

Eyni zamanda araşdırmada inulin adlı qida əlavəsinin bəzi hallarda mənfi təsir göstərə biləcəyi də qeyd olunub. Eksperimentlər zamanı onun nəzarətsiz istifadəsi çəki artımı, qanda qlükoza səviyyəsinin yüksəlməsi və qaraciyər zədələnməsinin güclənməsi ilə əlaqələndirilib.

Alimlər bu təsirin bağırsaq mikrobiomundakı dəyişikliklərlə bağlı ola biləcəyini bildiriblər. Xüsusilə metabolik pozğunluğu olan şəxslərdə bu dəyişikliklərin xəstəliyin gedişini ağırlaşdıra biləcəyi qeyd olunub.

Tədqiqatçılar vurğulayıblar ki, lif ümumilikdə faydalıdır, lakin onun forması və istifadə qaydası sağlamlıq vəziyyətinə uyğun seçilməlidir.

NURİYYƏ

Chosen
73
1
redaktor.az

2Sources