EN

Coğrafiyaşünas alim: Cənub bölgəsində meşə örtüyünün azalması ekoloji tarazlığa ciddi təsir göstərir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının əməkdaşları Masallı, Astara və Lənkəran rayonlarında ekspedisiya aparıblar. Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, meşə sahələrinin azalması, xüsusilə Hirkan tipli relikt meşələrin məhv edilməsi torpaq eroziyasını gücləndirir və landşaftın təbii strukturunu dəyişdirir.

Bu barədə AZƏRTAC-a coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov məlumat verib. Onun sözlərinə görə, Lənkəran ovalığında tarixən geniş meşə sahələrinin kənd təsərrüfatı məqsədilə istifadəyə verilməsi nəticəsində təbii ekosistemlərin 80 faizindən çoxu ciddi şəkildə transformasiyaya uğrayıb. Torpaqlardan intensiv istifadə, kimyəvi gübrə və pestisidlərin tətbiqi isə torpağın münbitliyinin azalmasına və ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Xüsusilə urban, seliteb və aqrar landşaftların genişlənməsi təbii yaşayış mühitlərini fraqmentasiya edir və növlərin davamlılığını zəiflədir.

Bu baxımdan ərazidə yerləşən qorunan təbiət ərazilərinin rolu böyükdür, lakin mövcud təzyiqlər onların effektivliyini müəyyən qədər azaldır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
azertag.az

1Sources