EN

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistanda keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə həmin ölkədə səfərdə olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 29 aprel tarixi Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən ötən il qəbul olunmuş qətnaməyə əsasən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü" kimi qeyd edilir.

Azərbaycan FHN-in nümayəndə heyətinin iştirak etdiyi və Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirin əsas məqsədi təcrübə mübadiləsi üçün mühüm beynəlxalq platformaya çevrilərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, qlobal səviyyədə zəlzələlərə hazırlığın və dayanıqlığın artırılması üzrə effektiv strategiyaların müzakirəsi olub.

Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan nümayəndə heyətləri, eləcə də tanınmış alim və mütəxəssislər iştirak ediblər.

Chosen
13
5
publika.az

10Sources