EN

Günay Əliyeva: “Astma xəstəliyinin böyük hissəsi...”

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Astma xəstəliyinin böyük hissəsi allergik mənşəli olur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva bildirib.

O qeyd edib ki, allergiyanın vaxtında müalicə olunmaması xəstəliyin daha da ağırlaşmasına gətirib çıxara bilər:

“Astma xəstəliyinin təxminən 60–80 faizi allergik astma kimi qiymətləndirilir. Bu proses çox zaman uşaqlıq dövründən başlayır və allergik riniti olan şəxslərdə gələcəkdə astmanın inkişaf etmə riski daha yüksək olur.

Allergik rinit adətən burun boşluğunda başlayır. Lakin tənəffüs sistemi vahid bir sistem olduğu üçün proses nəzarətsiz qalarsa, aşağı tənəffüs yollarına – bronxlara yayılır və nəticədə astmanın yaranmasına səbəb ola bilər”.

O qeyd edib ki, bəzi əlamətlər artıq bronxların prosesə qoşulduğunu göstərir:

“Nəfəs darlığı, sinədə sıxılma hissi, gecə saatlarında xırıltılı nəfəsalma, fitverici tənəffüs və tez-tez təkrarlanan öskürək müşahidə olunursa, bu, artıq bronxların da təsirləndiyini göstərən ciddi əlamətlərdir”.

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
cebheinfo.az

2Sources